RU

Bir günlük lokal antiterror əməliyyatı sübut etdi ki...

Bəli, otuz ildən artıq idi bunları başa salmaq mümkün olmurdu ki, Qarabağ Azərbaycanındır. İki ayaqlarını bir başmağa soxub bizim torpaqlarımızı iddia edirdilər. Xüsusilə keşişlər və daşnaklar sadə hayların zehnini zəhərləyir, onları sağalmaz “erməni xəstəliyi”nə düçar edirdilər. Ona yoluxdurulanların sayı isə həndəsi silsilə ilə artırılırdı. Həmin zümrələr Sovet hökumətinə axralanaraq milli münaqişələr yaradır, sonra onları barışmaz  düşmənçiliyə çevirirdilər. Akademik Abel Aqanbekyanın Fransanın “Humanite” qəzetinə müsahibəsində elan etdiyi “Qarabağ Ermənistana birləşdirilməldir” cəfəng ideyası da bu məqsədlə irəli sürülmüşdü. Beləliklə, Azərbaycanın zəif olduğu bir vaxtda keçmiş SSRİ rəhbərliyindən hərbi-siyasi dəstək alan Ermənistan hücum edərək Qarabağı və Azərbaycanın digər ərazilərini vəhşicəsinə işğal etdi. Ancaq Azərbaycan rəhbərliyi işğalla barışmadı və qanlı münaqişə otuz ildən çox davam etdi. Bu arada aparılan danışıqlar heç bir əhəmiyyət kəsb etmədi. Ancaq Azərbaycan rəhbərliyi əl-əl üstünə qoyub oturmadı. İlk növbədə ordunu  və  ölkə iqtisadiyyatını gücləndirdi. Ordu peşəkar hərbçi zabitlərlə, müasir silah-sursatla və texnika ilə təmin edildi.

2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlandı. Ermənistanın “yeni müharibə, yeni ərazilər” təhdidinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən hücuma keçdilər. Döyüş əməliyyatlarına Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev özü rəhbərlik etdi. Azərbaycan xalqı sıx birləşərək öz rəhbərinin arxasında möhkəm dayandı. Düşmənin altı ilə zəbt etdiyi ərazilərimiz cəmi 44 gün müddətində azad olundu. Ancaq şeytan yuvasına çevrilmiş Xankəndidəki separatçı-terrorçu rejim yenə də ətrafa qan çiləməkdə davam edirdi. Əli günahsız azərbaycanlıların qanına batmış cinayətkarlar Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələrindən özlərinə gələ bilmir, bu səbəbdən Ermənistana gedir,  döyüşməyə gələn muzdlu başkəsənlər gəldikləri ölkələrə qaçırdılar. Buna baxmayaraq İrəvandan göndərilən əsas hərbi hissələr qalmaqda idi.

Azərbaycan Prezidentinin praqmatik siyasəti nəticəsində həlledici  üç il sonra lokal antiterror tədbirləri keçirildi və 44 günlük müharibədən sonra ərazilərimizdən çıxmayan, təxribatlar törədən, xarici dövlətlərə güvənən, 10 noyabr razılaşmasına əməl etməyən qanunsuz silahlı birləşmələr tərksilah olundu. Heç bir sutka belə çəkmədi ki, haylar ağ bayraq qaldırdılar. Bununla da düşmən üzərində qələbəmiz tamamlandı. Azərbaycan rəhbərliyi ermənilərə ölkə vətəndaşlığını qəbul etməyi, qanunlara tabe olmağı və qalib yaşamağı təklif etsə də, istəmədilər. Könüllü olaraq Laçın buraxılış-nəzarət məntəqəsini keçib getdilər. Ağdərədən köçən qoca dığanın “Vallah bu ermənilər adam dəyil” məşhur sözləri indi də yaddaşlarda qalıb. Heç kim onlara təzyiq göstərmədi, sadəcə burada yaşamaq istəmədiklərini bildirdilər. Çünki yaxşı bilirdilər ki, onların törətdikləri cinayətlər geci-tezi üzə çıxacaq və axıtdıqları qanlara görə məhkəmə qarşısında cavab verməli olacaqlar. O vaxt əli silah tutan bütün ermənilər hərbi əməliyyatlarda, qətliamlarda, talan-qarətlərdə fəal iştirak etmişdilər.

Ərazilərimizə basdırdıqları minalar və partlayıcı maddələr yenə də vətəndaşlarımızın ölümünə, yaralanıb şikəst olmalarına bais olur. Bu vəhşi toplum torpaqlarımızdan rədd olarkən gedərkən qapılardan, pəncərələrdən, mebellərin tutacağından qumbara asıb getmişdilər. Bununla göstərirdilər ki, dünyanın ən etibasız və barbar toplumudur.

Elə bu günlərdə Xankəndidə qalan bir erməni təxribata əl atdı. Avtomat və qumbaralarla silahlanaraq tədbir keçirilən yerə hücum edərək asayişi qoruyan polis əməkdaşlarına atəş açdı. Polislərdən bir neçəsi yaralandı, özü isə zərərsizləşdirildi. Bu, bir daha göstərir ki, hayların xəbis ürəklərində bizə qarşı xəyanət, kin və nifrətləri qalıb. Həm də bu elə bir xəstəliyə çevrilib ki, sağalası deyil.

Vətən müharibəsinin başlanmasının beşinci ildönümündə artıq bütün mübahisəli məsələlər həllini tapıb, sülh sazişinin mətni paraflanıb. Qeyd etmək vacibdir ki, sülh razılaşmaları Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın, Azərbaycan və Ermənistanın rəhbərlərinin iştirakı ilə baş tutub. Hər iki ölkənin nümayəndə heyətlərinin görüşləri, Azərbaycanın bütün tələblərinin yerinə yetirilməsi və s. təmaslar sübut edir ki, iki ölkə arasında normallaşma sürətlə aparılır. Çox güman ki, gələn ilin yarısınadək Ermənistanda keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın komandası qalib gələrsə qarşılıqlı əməkdaşlıq yarana və sürətlə möhkəmlənə bilər. Hər iki tərəfdə inam var ki, bütün proseslər bizim gözlədiyimiz kimi başa çatacaq, bölgəmizdə daimi sülh bərqərar olacaq.

Vəli İlyasov, “İki sahil”

Избранный
40
ikisahil.az

1Источники