RU

Asiyada ilin ən güclü tayfunu: 1,9 milyon insan təxliyə edildi

ain.az bildirir, News24 saytına əsaslanaraq.

Çin və Tayvan bu ilin ən güclü tropik fırtınası — Süper Tayfun Ragasın dağıdıcı təsirləri ilə üzləşib. Saatda 260 km sürətlə əsən küləklər şəhərləri viran qoyub,  binaların damları uçub,  xeyli dağıntıya səbəb olub.

News24.az xəbər verir ki, Tayvanda torpaq sürüşməsi nəticəsində yaranan göl daşaraq bir qəsəbəni tamamilə su altında qoyub. Hadisə nəticəsində ən azı 17 nəfər həlak olub. Honq Konqda isə 3 metrlik dalğalar sahili yuyub, dükanlar və yolları su basıb.

Çin və Tayvanda ümumilikdə təxminən, 1,9 milyon nəfər təxliyə edilib. Güclü küləklər və sel səbəbindən bəzi bölgələrə yalnız helikopterlə çatmaq mümkün olub. Yerli sakinlər hökumətləri vaxtında tədbir görmədiklərinə görə sərt tənqid ediblər.

Tayvanın baş naziri Ço Jung-tay isə bildirib ki, bu məsələdə günahkar axtarmaq yox, həqiqəti ortaya çıxarmaq lazımdır. Onun sözlərinə görə, tayfunun təsirləri hələ də davam etdiyi üçün rəsmi araşdırma başlana bilməyib.

Fırtına milyonlarla dollarlıq ziyana səbəb olduqdan sonra zəifləməyə başlayıb və 5-ci kateqoriyadan 3-cü kateqoriyaya enib. Lakin su basqınlarının yaratdığı dağıntılar hələ də davam edir və minlərlə insan evinə qayıda bilmir.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
1
news24.az

2Источники