"Mançester Siti" İngiltərə Liqa Kubokunda 1/16 final matçına çıxıb.
QOL.az xəbər verir ki, "şəhərlilər" səfərdə "Haddersfild Taun"la qarşılaşıblar. Görüşdə "Mançester Siti" 2:0 hesablı qələbə qazanıb.
Hesabı 18-ci dəqiqədə Fil Foden açıb. 74-cü dəqiqədə isə Savio Moreyra fərqlənib.
Bu qələbə sayəsində "Mançester Siti" 1/4 finala adlayıb.
Qeyd edək ki, bu turnirin son qalibi "Nyukasl"dır.