RU

"Bizim bir məqsədimiz var, o da çempionluqdur" - "Mingəçevir"in yarımmüdafiəçisi

Futbol üzrə Azərbaycan 1-ci Liqasının 3-cü turu çərçivəsində "Difai"ni öz meydanında 2:0 hesabı ilə məğlub edən "Mingəçevir"in yarımüdafiəçisi Fuad Əhmədov qələbəni dəyərləndirib.

Orta xətt oyunçusu fikirlərini Fanat.Az-a bölüşüb:

"İlk olaraq, qələbə münasibəti ilə "Mingəcever"i istəyən hər bir kəsi təbrik edirəm. Uşaqlar çox əziyyət cəkdilər. Şükürlər olsun ki, qələbə qazandıq. İlk ev oyunumuz idi, bizim ücün çox vacib idi. İlk ev oyununda azarkeşlərimiz önündə qələbə qazandıq. Buna nail olduq. Baş məşqçimizin tapşırıqlarını meydanda yerinə yetirməyə çalışdıq. İstəyirəm ki, azarkeşlərimiz bütün oyunlarımızda bizə inansınlar və dəstəklərini əsirgəməsinlər. Qələbəni azarkeşlərimizə həsr edirəm. Bizim bir məqsədimiz var, o da çempionluqdur".

Nihat

Избранный
13
1
fanat.az

2Источники