RU

İmişlidə zəhərlənənlərin sayı artır Prokurorluq araşdırmalara BAŞLADI

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 23-də İmişli rayonunun Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilib.Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.Hazırda zərərçəkmiş şəxslərin müalicələri davam etdirilir.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
62
10
bizim.media

10Источники