RU

“Rekordmayster”dən və Keyndən növbəti rekordlar

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tur cümə günü “Ştutqart”ın “Sankt Pauli” üzərində inamlı qələbəsi ilə start götürdü. Şənbə gününün oyunlar məhsuldar və maraqlı keçdi. Debütant “Hamburq” sonuncu pillədən möhkəm yapışan “Haydenhaym”la ev oyununda həm mövsümdə ilk qollarını vurdu, həm də ilk qələbəsini qazandı. “Frayburq”un Bremendə, eləcə də bu tura qədər qələbəsi olmayan “Maynts-05”in Auqsburqda böyük hesabla qalib gəlməsi gözlənilməz oldu. Mövsümə “Bavariya”dan 6 qol buraxmaqla başlayan “Leyptsiq” o vaxtdan bəri qələbələri sıralayır. Debütant “Köln”ü yenən “öküzlər” ardıcıl 3-cü qələbə ilə 3-cü pilləyə yüksəldilər. “Bavariya” isə rəqiblərin başına oyun açmaqda davam edir. Münhen nəhənginin budəfəki qurbanı “Hoffenhaym” oldu. “Rekordmayster” ilk qolu yalnız fasilə ərəfəsində vursa da, ənənəsinə sadiq qalaraq yenə rəqibini darmadağın etdi. Bu qələbədə də əsas rolu Keyn oynadı. İngiltərə yığmasının kapitanı ikisi penaltidən olmaqla 3 qol vurdu. O, bundesliqada 67-ci oyunda vurduğu qolların sayını 70-ə çatdırdı və 9-cu het-trikini rəsmiləşdirdi! Maraq üçün bildirək ki, premyer-liqada Keyn 320 oyunda yalnız 8 dəfə het-trik etmişdi. Bundesliqada cəmi 3-cü mövsümünü keçirməsinə baxmayaraq, 32 yaşlı forvard bu turnirdə ən çox het-trik edənlər siyahısında artıq 7-ci pillədədi. Yeri gəlmişkən, Keyn bundesliqada yerinə yetirdiyi ilk 17 penaltinin hamısını qola çevirib. Bunun özü də turnirin yeni rekordudu! Daha bir rekord isə “Bavariya”nın ilk 4 turda 18 qol vurmasıdı. Bazar gününün oyunlar favoritlər üçün çətin keçdi. Həftəiçi ÇL-də “Qalatasaray”a 5 qol vuran “Ayntraxt” bu dəfə doğma meydanda ortabab “Union”dan 56 dəqiqəyə 4 top buraxdı! Frankfurt təmsilçisi ən azı xarakter nümayiş etdirərək darmadağından qurtulsa da, xal qazana bilmədi. Türkiyəli Can Uzun 21 yaşına çatmayan futbolçular arasında bundesliqa tarixində mövsümün ilk 4 turunun hər birində qol vurmağı bacaran birinci oyunçu oldu. “Bayer-04” yersiz xallar itirməkdə davam edir. Bu dəfə Leverkuzen təmsilçisi qələbəni əsas vaxta əlavə olunan 2-ci dəqiqədə əldən verdi. “Aspirinlər”dən fərqli Dortmund “Borussiya”sına qələbə üçün 1 qol kifayət etdi. Adeyeminin gözəl qolu “arılar”a 3 xal qazandırdı. Buna qədər Dortmundda keçirdiyi son 9 oyunda cəmi 1 qol vuran “Volfsburq” yenə “Siqnal İduna Park”da qola həsrət qaldı. “Bavariya”dan yalnız 2 xal geridə olan “Borussiya” bu mövsüm keçirdiyi 6-cı rəsmi oyunda da məğlub olmadı (4 qələbə, 2 heç-heçə). 4-cü turHoffenhaym – Bavariya 1:4Soufal, 82 – Keyn, 44; 48-p.; 77-p. Qnabri, 90+9. (30150)Bavariya: Noyer, Boe (Bişof, 86), Ta, Kim Min Ce (Upamekano, 69), Laymer, Pavloviç, Qoretska (Kimmix, 62), Karl (Olise, 62), Dias, Cekson (Qnabri, 62), Keyn.Bayer-04 – Borussiya M 1:1Tillman, 70 – Tabakoviç, 90+2. (30210)Bayer-04: Flekken, Vaskes (Poku, 63), Bade (Tape, 63), Kuansa, Tapsoba, Qrimaldo, Tillman, Qarsiya, Maza (Hofmann, 84), Ben Segir (Eçeverri, 76), Şik (Kofane, 76).Borussiya D – Volfsburq 1:0Adeyemi, 20. (81365)Borussiya: Kobel, Ryuyerson, Şlotterbek, Anton, Bensebayni, Svensson, F.Nmeça (Bellingem, 77), Zabitser (Salih Özcan, 90), Adeyemi (Brandt, 77), Bayer (Çukvuemeka, 65), Girassi.Ayntraxt F Union 3:4Braun, 45+2. Can Uzun, 80. Burkardt, 87-p. Ansa, 9. Berk, 32; 53; 56. (59500)Ayntraxt: Kaya Santos, Kollins (Amenda, 90), Kox, Teate, Braun, Çaibi (Knauff, 61), Larsson (Höylunn, 61), Doan, Can Uzun, Bahoya (Burkardt, 61), Vahi (Batşuayi, 69).Leyptsiq – Köln 3:1Uedraoqo, 13. Romulo, 44. Raum, 45+3 – Tilmann, 23. (47117)Leyptsiq: Qulaçi, Baku, Orban, Lukeba, Raum, Şlager (Banzuzi, 32), Zayvald, Baumqartner (Kampl, 90), Bakayoko (Harder, 66), Nusa (Dsiomande, 66), Romulo (Uedraoqo, 90).Ştutqart – Volfsburq 2:0Demiroviç, 43. Əl-Xannus, 50. (60000)Ştutqart: Nübel, Assinyon, Yeltş, Şabo, Mittelştadt (Hendriks, 85), Andres (Karazor, 90+2), Ştiller, Tomas (Fürix, 73), Əl-Xannus, Levelinq (Narti, 90+2), Demiroviç (Buanani, 85).Verder – Frayburq 0:3Qrifo, 33-p. Adamu, 54. Kulibali, 75-p. (41000)Auqsburq – Maynts-05 1:4Essende, 83 – Zib, 14; 69. Kor, 26. Nebel, 60. (29162)Hamburq – Haydenhaym 2:1Vuşkoviç, 42. Filipp, 59 – Kolle, 90+3. (57000)1. Bavariya 4 4 0 0 18-3 122. Borussiya D 4 3 1 0 9-3 103. Leyptsiq 4 3 0 1 6-7 94. Köln 4 2 1 1 9-7 75. Sankt Pauli 4 2 1 1 7-6 76. Ayntraxt F 4 2 0 2 11-9 67. Frayburq 4 2 0 2 8-8 68. Ştutqart 4 2 0 2 5-5 69. Hoffenhaym 4 2 0 2 8-10 610. Union 4 2 0 2 8-11 611. Bayer-04 4 1 2 1 8-7 512. Volfsburq 4 1 2 1 7-6 513. Maynts-05 4 1 1 2 5-4 414. Verder 4 1 1 2 8-10 415. Hamburq 4 1 1 2 2-8 416. Auqsburq 4 1 0 3 7-10 317. Borussiya M 4 0 2 2 1-6 218. Haydenhyaym 4 0 0 4 2-9 0Bombardirlər: Keyn (Bavariya) – 8, Girassi (Borussiya D), Can Uzun (Ayntraxt F), Ansa (Union) – 4.Növbəti turun oyunları sentyabrın 26-28-i aralığında keçiriləcək: Bavariya – Verder, Maynts-05 – Borussiya D, Haydenhaym – Auqsburq, Borussiya M – Ayntraxt F, Sankt Pauli – Bayer-04, Volfsburq – Leyptsiq, Köln – Ştutqart, Frayburq – Hoffеnhaym, Union – Hamburq.Turun rəqəmi5 - Noa Atubolu penaltilər zamanı xarüqələr yaratmaqda davam edir. “Frayburq”un 23 yaşlı qapıçısı bu tur Bremendə 59-cu dəqiqədə penaltini dəf etdi və sona qədər də qapısını toxunulmaz saxladı. O, bundesliqa tarixində ardıcıl 5 penati dəf edən ilk qapıçı oldu! Atubolu ardıcıl 4 penalti dəf edən Bernd Leno (2013-2014), Frank Rost (2007), Hans-Yorq Butt (2000) və Tomas Zander (1980) kimi qapıçıları qabaqlamaqla yeni rekordçuya çevrildi. Maraqlıdı ki, Atubolu indiyə qədər bundesliqada qapısına təyin olunan penaltilərin yarısından çoxunu (8-dən 5-ni) dəf etməyi bacarıb. Nigeriyaəsilli qapıçı Almaniya yığmasına dəvət almaq arzusundadı və bunu bacarsa, bundestim tarixinin ilk qaradərili qapıçısı olacaq.Turun ulduzuOliver Berk (Union) – Keyn o qədər het-trik edib ki, artıq onun bu cür performansı sıradan bir uğur təsiri bağışlayır. Ancaq şotlandiyalı Berk üçün bundesliqada het-trik etmək nəinki qeyri-adi, hətta fenomenal uğurdu. Bu üzdən üstünlüyü ona veririk. 28 yaşına qədər 12 klub dəyişən və buna qədər oynadığı klublarda bir mövsümə maksimum 7 qol vuran hücumameyilli yarımmüdafiəçi bu dəfə 25 dəqiqə aralığında 3 dəfə fərqləndi. Özü də səfərdə - ÇL iştirakçısı ilə oyunda. Təbii ki, bu, Berkin peşəkar karyerasının ilk het-trikidi! Turun sitatıKasper Hülmann, “Bayer-04”ün baş məşqçisi:

“Bu nəticə bizi qane edə bilməz. Cəmi bir top fərqi ilə öndəsənsə, deməli, daha yaxşı müdafiə olunmalısan. Çətin keçən oyunlarda qalib gəlməklə bərabərə qalmaq arasında əsas fərq məhz bundadı”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
1
icma.az

2Источники