RU

ABŞ-da Miqrasiya Xidmətinə silahlı hücum: Ölən və yaralananlar var

ABŞ-da Miqrasiya Xidmətinə silahlı hücum: Ölən və yaralananlar var

ABŞ-ın Texas ştatında Miqrasiya və Gömrük Nəzarəti İdarəsinin (ICE) ofisinə silahlı hücum olub. Dallas polis departamentinin açıqlamasına görə, yerli vaxtla səhər 6:40-da polis hadisə yerinə çatıb. İlkin məlumatlara görə, hücum nəticəsində ən azı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Rəsmi şəxslər bildiriblər ki, hadisə yerinə çoxsaylı təhlükəsizlik qüvvələri göndərilib. Məlumatda qeyd edilib ki, hücum edən şəxs intihar edib. Polis ilkin araşdırmalara əsasən, şübhələnin ofisə yaxın binadan atəş açdığını qeyd edib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Tricia MakLauflin bildirib ki, hücum ICE-in yeni saxlanılmış şəxslərin qısa müddətli prosedurlarının aparıldığı sahə ofisində baş verib. MakLauflin həmçinin qeyd edib ki, ICE əməkdaşları yaralanmayıb, lakin yerli təhlükəsizlik qüvvələrinin itkiləri barədə dəqiq məlumat yoxdur. O əlavə edib ki, qurbanlar arasında saxlanılmış şəxslərin olması dəqiqdir.

Sözçü “Detallar hələ aydın deyil. Hücumun snayper tüfəngi və ya oxşar uzaqmənzilli silahla həyata keçirildiyini düşünürük” deyib.

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem isə sosial media hesabında “Hücum edən şəxs intihar edib. Hələ hücumun məqsədini bilməsək də ICE qüvvələrimizin misli görünməmiş zorakılığa məruz qaldığını bilirik. Bu, dayandırılmalıdır. Xahiş edirik, qurbanlar və onların ailələri üçün dua edin. Hücum edən öz həyatına son verərək ölü tapılıb”deyə qeyd edib.

ABŞ mətbuatı bildirir ki, hücuma məruz qalan saxlanılmış şəxslər binaya deportasiya prosesi üçün gətirilərkən atəşə tutulublar.

Избранный
47
afn.az

1Источники