RU

BMT Baş katibi Qırğızıstana səfər edəcək




Gələn il BMT Baş katibi Antonio QuterreşbQırğızıstana səfər edəcək.

Newscenter.az Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, bu barədə razılıq prezident Sadır Cəfərovla təşkilatın baş katibi Antonio Quterreş arasında keçirilən görüşdə əldə edilib. Cəfərov BM baş katibini Qırğızıstanın ŞƏT-də sədrliyi çərçivəsində 2026-cı ilin payızında Bişkekdə keçiriləcək “ŞƏT+” sammitində iştiraka dəvət edib.

Baş katib dəvətə görə təşəkkür edib və tədbirdə iştirak etməyə hazır olduğunu bildirib.

Görüş zamanı tərəflər sülhün, sabitliyin, davamlı inkişafın və insan hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tərəfdaşlıq və birgə səylərin gücləndirilməsinə qarşılıqlı sadiq olduqlarını bir daha təsdiq etdilər.

Süleyman
Избранный
16
newscenter.az

1Источники