RU

London meri Trampı “irqçi, seksist və islamafob” adlandırdı

Londonun meri Sadiq Xan ABŞ prezidenti Donald Trampı “irqçi, seksist və islamafob” adlandırıb.

Qaziler.az-ın məlumatına görə, onun sözlərini “Sky News” sitat gətirib.

Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı Tramp bəyan edib ki, London hazırda şəriət qanunlarına keçməyə çalışır. O, London merini "dəhşətli" adlandıraraq, Britaniya paytaxtının çox dəyişdiyini qeyd edib.

"Liberal, multikultural, mütərəqqi və uğurlu bir şəhərə rəhbərlik edən müsəlman mer kimi Donald Trampın fikirlərini deyəsən, ağlımdan çıxara bilmirəm. Tramp özünü irqçi, seksist, qadın düşməni və islamofob kimi göstərdi", - London meri deyib.

QAZİLER.AZ

Избранный
12
qaziler.az

1Источники