Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 3-cü turun ilk üç oyunu keçirilib.
Hər üç oyun meydan sahiblərinin qələbəsi ilə bitib.
Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq. Gözü yüksəklərdə olan MOİK-in “Zaqatala”nı qəbul edəcəyi matçın baxımlı keçəcəyinə şübhə yoxdu. “Hərbçilər” bu matçda mövsümün ilk qələbəsini qazanmağa, turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağa çalışacaq. Təbii ki, bu, həm də mövsümlük hədəfin reallaşdırılması baxımından vacibdi. Rüstəm Məmmədovun komandası isə döyüşkən oyun göstərməli, səfərdən sərfəli nəticəylə qayıtmağın yollarını aramalıdı.
“Baku Sportinq” – “Şimal” oyununa gəlincə, burda uduzmaq istəməyən kollektivlər qarşılaşacaq. Təbii ki, bütün əlamətlər meydan sahiblərinin qələbəyə daha yaxın olduğuna işarədi. Ancaq Xaçmaz təmsilçisinin də mövsümdə ilk qələbəsini qazanmaq uğrunda döyüşəcəyini deyə bilərik. Bəlkə belədə qarşılaşma gözləniləndən daha intriqalı keçər…
24 sentyabr
Şəfa – Cəbrayıl 3:0
Emin Zamanov, 50. Urfan İsmayılov, 80. Amir Ebrahimzade, 90+1
Binə, qəsəbə stadionu. Saat 15.30.
Səbail – Şahdağ Qusar 2:0
Yusif Nəbiyev, 14. Emin Rüstəmov, 45
Bakı, “ASCO Arena”. Saat 18.00.
Mingəçevir – Difai 2:0
Cona Attukuaye, 73; 89
Mingəçevir, Yusif Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). Saat 15.30.
25 sentyabr
MOİK – Zaqatala
Binə, qəsəbə stadionu. Saat 15.30.
Baku Sportinq – Şimal
Buzovna, qəsəbə stadionu. Saat 15.30.
Xal durumu: Şəfa, Səbail – 9, Mingəçevir – 6, Baku Sportinq – 4, Şahdağ Qusar, Zaqatala – 3, MOİK, Şimal, Difai – 1, Cəbrayıl – 0.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта