RU

Frayberqa: Baş Assambleya BMT daxilində həlledici orqan olaraq qalmalıdır

Nyu-York, 24 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyanın təməl prinsipi ondan ibarətdir ki, hər millətin səsi eşidilir və yeri var.

AZƏRTAC-ın məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vika Frayberqa BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində mərkəzin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı deyib.

O, bu prinsipin çox vacib olduğunu bildirib. “Baş Assambleya buna görə də Birləşmiş Millətlər Təşkilatının strukturları daxilində həlledici əhəmiyyəti olan orqan kimi qalmalıdır. BMT-nin 5 daimi veto hüququna malik üzvü olan Təhlükəsizlik Şurasının strukturu düzgün deyil”, - deyə o əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Избранный
45
1
azertag.az

2Источники