RU

Sankt-Peterburqda poçt şöbəsində partlayış oldu

BAKI, 24 sentyabr. TELEQRAF

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən poçt şöbələrinin birində partlayış olub.

Teleqraf xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bir nəfər Tatarıstandakı müxtəlif ünvanlara öz adına beş bağlama göndərib. Onlardan biri partlayıb.

Hadisə yerinə mina təmizləyənlər gəlib. Partlayış nəticəsində xəsarət alan olmayıb, poçt binasından 10 nəfər təxliyə edilib.

Избранный
47
2
teleqraf.com

3Источники