“Qarabağ”ın yayda “Palmeyras”dan transfer etdiyi Pedro Bikalyo ölkəsi Braziliya mətbuatına maraqlı açıqlama verib.
Sportinfo.az xəbər verir ki, 3 aydır Bakıda olan 24 yaşlı yarımmüdafiəçi Azərbaycan barədə müsbət fikirlər səsləndirib.
Braziliyalı futbolçu hazırda uyğunlaşma dönəmindən keçdiyini bildirib: “Qısa müddətdə uyğunlaşmaq elə asan deyil.
Çünki Braziliya ilə 7 saatlıq fərq var. Ailəmlə, övladımla danışmaq üçün vaxt məhdud olur. Amma uyğunlaşma mərhələsi əla gedir. Çox sakit və yaşamaq üçün yaxşı ölkədir”.