RU

İsrailin Qəzzaya hava hücumlarında 33 Fələstinli həlak olub

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrailin Qəzza Zolağında həyata keçirdiyi hava və artilleriya hücumlarında 28-i Qəzza şəhərində olmaqla 33 fələstinli həlak olub

TurkicWorld xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Qəzza şəhərinin şərq, cənub və şimal-qərb bölgələri güclü artilleriya atəşinə tutulub, şəhər səmasında çoxlu sayda pilotsuz uçuş aparatı (PUA) müşahidə olunub.

Xəstəxana mənbələrinin verdiyi məlumata əsasən, İsrailin Qəzza Bələdiyyəsinə məxsus, Firas Bazarında yerləşən və məcburi köçkünlərin sığındığı anbarları hədəfə alması nəticəsində, aralarında uşaqların da olduğu 20 nəfər həlak olub, çox sayda insan yaralanıb.

Qəzza şəhərinin cənubundakı Sabra məhəlləsində, əl-Hams ailəsinə məxsus evin hədəfə alınması nəticəsində 5 nəfər həyatını itirib.

Şəhərdəki Sahabə küçəsində bir mənzilə edilən hücum nəticəsində 2 qadın ölüb.

Şəhərin mərkəzində yerləşən Ömər əl-Muxtar küçəsində isə bir nəfər pilotsuz təyyarə hücumu nəticəsində həlak olub.

Sözügedən hücumlarda çox sayda fələstinli yaralanıb.

Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat Qaçqınlar Düşərgəsinin bombalanması nəticəsində 5 nəfər həyatını itirib.

Избранный
36
turkic.world

1Источники