Amerikalı avtomobil istehsalçısı "Ford" ABŞ-də 115,5 min avtomobili sükan idarəetmə sistemindəki nasazlıq səbəbindən geri çağıracaq.
Ölkə.Az "Reuters"ə istinadən xəbər verir ki, məlumat mənbəyi kimi ABŞ-nin Milli Yol Təhlükəsizliyi İdarəsi (NHTSA) göstərilib.
Geri çağırış 2020–2021-ci illərdə istehsal olunmuş F-250, F-350 və F-450 modellərinə aid pikapları əhatə edəcək.
Problemin səbəbi sükan sütununun yuxarı oxunun ayrılması riski yarada bilən qüsurdur ki, bu da avtomobilin idarəetməsini itirməyə gətirib çıxara bilər.
Agentliyin məlumatına görə, "Ford" dilerləri göstərilən avtomobillərin sahiblərinə nasaz hissəni pulsuz təmir və ya dəyişdirmə xidmətini təqdim edəcəklər.