RU

"Çin çalışır ki, tərəflər kifayət qədər zəifləsin" - Politoloq

Ukrayna Prezidenti Zelenski BMT Təhlükəsizlik Şurasında Çini müharibəni dayandırmaq üçün fəal addım atmamaqda ittiham edib və bildirib ki, Çin sülh üçün Moskvanı dayandıra bilərdi, amma çox vaxt susur.

Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya-Ukrayna müharibəsi Çinin geosiyasi maraqlarına xidmət edir:

"Bu prosesdə həm Qərb kifayət qədər zəifləyir, həm də Rusiya zəifləyir, nəticədə Çin birqütblü dünya qurmaq və yeni qütb formalaşdırmaq üçün hərbi və iqtisadi imkanlarını daha da genişləndirir. Bundan əlavə, Çin Rusiyaya iqtisadi, hərbi və texnoloji sahələrdə ciddi dəstək göstərib".

Müsahibimizin sözlərinə görə, Çin iqtisadi baxımdan Rusiya ilə əlaqələri kəsə və müharibənin dayandırılması üçün birbaşa Moskvaya təsir göstərə bilər:

"Lakin görünür ki, Çinin burada öz beynəlxalq və geosiyasi maraqları mövcuddur. Ona görə də Çin çalışır ki, həm tərəflər kifayət qədər zəifləsin, həm də özü yeni qütb rolunu oynaya bilsin. Keçirilən paradlar və Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşləri də Çinin bu niyyətlərini və planlarını açıq şəkildə göstərdi".

Xədicə BAXIŞLI

Избранный
25
1
redaktor.az

2Источники