RU

“Dinamo” artıq vahid lider deyil

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

Ukraynada hesabat turu “Dinamo”nun ardıcıl 2-ci oyunda xal itirməsi ilə əlamətdar oldu.“Aleksandriya” ilə oyunun artıq 13-cü saniyəsində qapısında qol görən kiyevlilər oyunun axarında dönüş yaratmağı, hətta irəli çıxmağı da bacardılar. Ancaq qonaqlar 86-cı dəqiqədə hesabı bərabərləşdirə bildi. Ardıcıl 2-ci 2:2 “Dinamo”nun vahid lider statusunu itirməsi ilə nəticələndi. İndi “Kolos”la “Şaxtyor” da zirvəyə şərikdi. Donetsk klubu dünən “Zarya”nı İzakinin 87-ci dəqiqədə vurduğu qolla məğlub etdi.Turun qalan oyunlarına gəlincə, “Polesye” elitanın debütantı “Kudrovka” üzərində inamlı qələbə qazandı. Sönük, heç nə ilə yadda qalmayan “Kolos” – “Veres” oyunu qolsuz bitdi. LNZ ilə qarşılaşan “Rux” ardıcıl 5-ci oyunda uduzdu. “Episentr”i məğlub edən “Krivbass” liderlər qrupuna yaxınlaşdı. “Karpatı” mövsümdə ilk qələbəsini “Obolon” üzərində qazandı. “Metallist 1925” səfərdə “Poltava”dan üstün oldu.6-cı turDinamo – Aleksandriya 2:2Brajko, 40. Pixalenok, 63-p. – Buletsa, 1. Tuati, 86.Dinamo: Morqun, Karavayev, Mixavko, Belovar, Dubinçak, Brajko, Pixalenok (Buyalski, 77), Voloşin (Yatsık, 85), Şaparenko, Şola (Yarmolenko, 77), Gerrero (Blenutse, 46).Şaxtyor – Zarya 1:0İzaki, 87.Şaxtyor: Riznık, Pedro Enrike, Matviyenko, Bondar, Azarov (Qomes. 54), Konoplya, Krıskiv (Nazarina, 80), Pedrinyo, Bondarenko (Ferreyra, 73), Oçeretko (İzaki, 55), Elias (Meyrelles, 73).Kolos – Veres 0:0Polesye – Kudrovka 2:0Veleten, 56. Qayduçik, 82. Poltava – Metallist 1925 0:2Pavlyuk, 37. Litvinenko, 71.LNZ – Rux 1:0Prosper, 32.Episentr – Krivbass 4:5Xoakin, 7. Supryaqa, 11. Sıdun, 79. Boryaçuk, 89 – Mendosa, 3; 39. Tverdoxleb, 25. Paraxo, 46. Mikitişin, 66. Obolon – Karpatı 0:2Lomnitski, 5-öz qapısına. Baboqlo, 51. 1. Dinamo 6 4 2 0 18-7 142. Şaxtyor 6 4 2 0 10-4 143. Kolos 6 4 2 0 8-3 144. Krivbass 6 4 0 2 13-10 125. Metallist 1925 6 3 2 1 9-4 116. LNZ 6 3 1 2 5-6 107. Polesye 6 3 0 3 6-7 98. Obolon 6 2 2 2 6-7 89. Karpatı 6 1 4 1 9-9 710. Zarya 6 2 1 3 9-9 711. Veres 6 2 1 3 4-4 712. Kudrovka 6 2 1 3 9-10 713. Aleksandriya 6 1 1 4 8-13 414. Poltava 6 1 1 4 5-12 415. Episentr 6 1 0 5 6-12 316. Rux 6 1 0 5 4-12 3Bombardir: Budkovski (Zarya) – 4.Növbəti turun oyunları sentyabrın 26-29-u aralığında keçiriləcək: Kudrovka – Episentr, Aleksandriya – Poltava, Zarya – Obolon, Karpatı – Dinamo, LNZ – Krivbass, Metallist 1925 – Kolos, Rux – Şaxtyor, Veres – Polesye.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
47
1
icma.az

2Источники