GƏNCƏ, 24 sentyabr. TELEQRAF
Gəncədə piydanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb. "BMW" markalı avtomobil yolu keçmək istəyən təxminən orta yaşlı kişini vurub. Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağrdır. Xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir.
Faktka bağlı araşdırma başlanılıb.