RU

İmişlidə toyda 18 nəfər zəhərləndi

İmişli rayonunun Muradxanlı kəndində kütləvi zəhərlənmə olub.

Sherg.az bildirir ki, bu barədə Teleqraf-a Murаdхаnlı kəndi bələdiyyəsinin rəhbəri İlham Nəcəfov məlumat verib.

Onun sözlərinə, ötən gün axşam Elxan Əhmədov nəvəsinə kiçik toy məclisi keçirib. Toyda iştirak edən insanların bəziləri zəhərlənmə faktı ilə bağlı bu gün xəstəxanaya müraciət ediblər.

"İlkin olaraq xəstəxanaya beş nəfər müraciət etmişdi. Amma sonradan müraciət edənlərin sayı artdı. Son məlumatlara görə, 18 nəfər zəhərlənib. Zəhərlənmənin hansı qidadan olduğuna dair fikir bildirmək çətindir. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları da məsələdən xəbərdardırlar. Hazırda məsələ ilə bağlı araşdırma aparılır".

Избранный
5
1
sherg.az

2Источники