RU

“Gəncə”nin məşqçilər korpusu bəlli olub

"Gəncə" basketbol klubunun məşqçilər korpusu müəyyənləşib.

Apasport.az xəbər verir ki, baş məşqçi Halil Atlıya üç mütəxəssis kömək edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uzun illərdir ki, Gəncə kollektivində fəaliyyət göstərən əməkdar məşqçi Rizvan Səfərov yenə heyətdə yer alıb.

Onunla yanaşı, daha iki məşqçi assistent kimi iş başında olacaq. Türkiyəli mütəxəssislər Mustafa Göktürk Yıldız və Yusuf Aydilek klubun uğurları üçün səy göstərəcəklər.

Hər iki çalışdırıcı karyerasında ilk dəfə ölkə xaricində işləyəcək. Türkiyədə müxtəlif klublarda təcrübə qazanan məşqçilərdən Yusuf Aydilek son olaraq 2-ci liqada çıxış edən "Konya Gelişim" komandasının baş məşqçisi olub. Mustafa Göktürk isə "Mersin" klubunun U-14 komandasında baş məşqçi işləyib.

"Gəncə"də yeni müqavilə

ABŞ-li basketbolçu “Sərhədçi”də

NTD-də amerikalı basketbolçu

Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib

ABŞ-li basketbolçu "Sərhədçi"də

Избранный
22
5
apasport.az

6Источники