Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Uranın yüksək zənginləşdirmə faizi mütləq silah istehsalı məqsədi daşımır".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami "Sky News"a müsahibəsində bildirib.
O, ölkəsinin uranı yüksək səviyyədə zənginləşdirməsinin səbəblərini izah edib.
"Bizə daha yüksək zənginləşdirmə ölçü cihazlarımızın həssaslığını və dəqiqliyini artırmaq üçün lazımdır. Bu cihazları bizə heç kim satmır. Uzun illərdir sanksiyalar altındayıq. Bu məhsullar reaktorlarımızın təhlükəsizlik sistemləri və onların idarə olunmasında istifadə edilən həssas proseslər üçün zəruridir", - deyə Eslami vurğulayıb.
AEOI rəhbəri qeyd edib ki, ictimai rəydə təqdim olunan zənginləşdirmə faizi müəyyən siyasətçi və düşmən dairələr tərəfindən qızışdırılır.
Telekanal isə bu açıqlamanın "İsraillə 12 günlük müharibədən bəri verilən ən açıq etiraf" olduğunu qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.