RU

Ukrayna Rusiya zavodlarını darmadağın etdi

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Başqırdıstan və Volqoqrad vilayətində bir neçə mühüm obyektə zərbə endirildiyini təsdiqləyib.

Bakupost.az xəbər verir ki, “Qazprom Neftexim-Salavat”a endirilən zərbə nəticəsində əsas neft emalı qurğusu zədələnib. Zavodda yanğın qeydə alınıb.

Volqoqrad vilayətində isə Rusiya işğalçı qüvvələrinin təchizatı ilə məşğul olan obyektlərə zərbə vurulub. Konkret olaraq, “Kuzmiçi-1” neft nasos stansiyası və “Zenzevatka” neft nasos stansiyası sıradan çıxarılıb.

Zaur, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
www.bakupost.az

1Источники