RU

“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ

“TikTok”da canlı yayımda anası tərəfindən zorakılığa məruz qalan azyaşlı dövlət uşaq müəssisəsinə yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu öz sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, Tərtər rayonunda qeydiyyatda olan, Bərdə rayon sakini 24 yaşlı qadının “TikTok” sosial media hesabında canlı yayım açaraq, 7 yaşlı övladının sağlamlığına, mənəviyyatına zərbə vurması, qeyri-etik ifadələr işlətməsi, azyaşlının yanında zərərli vərdişlərdən istifadə etməsi ilə bağlı videogörüntü öz əksini tapıb.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlarla birlikdə dərhal araşdırma başlanılıb.
 

Hüquq-mühafizə orqanları tərəfindən azyaşlının anası Polis İdarəsinə aparılıb, protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib, uşaq isə sağlamlığının yoxlanılması ilə bağlı xəstəxanaya yerləşdirilib.


Hazırda, yerli icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən, ananın valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələ qaldırılıb. Eyni zamanda, azyaşlının müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi də təmin olunub", - deyə o əlavə edib.

Bizim.Media

Избранный
4
33
bizim.media

10Источники