RU

Zibilə atdıqları xəzinə! Səhər yeməyində 1 qaşıq yesəniz, 1 kilo ətə bərabərdir

Bildiyimiz kimi çörəyin onlarla müxtəlif növləri hazırlanır. Və həmişə də  müzakirə mövzusu olub ki, bunların arasında ən sağlamı hansıdır və sağlam qidalanma baxımından ən faydalı hansı növdür. Bu zəngin xəmir mədəniyyətinə yeni bir məhsul əlavə olunub: arı çörəyi. 
Bəs, arı çörəyi nədir və faydaları hansılardır - Sherg.az təqdim edir.

Arıçılar illərlə zibilə atdıqları xəzinə

Arılar tərəfindən polenlərin fermentasiya edilməsi ilə əldə olunan arı çörəyi həm yüksək qida dəyəri, həm də məhdud istehsalı səbəbilə “qızıl dəyərində” hesab olunur. Bu məhsul yalnız ilin müəyyən dövrlərində kovanlardan tək-tək toplanır və hazırda kilosu  min manatdan alıcı tapır. Bir dövr əhəmiyyətsiz sayılıb zibilə atılsa da, indi arı çörəyi arıçılar üçün ən gəlirli gəlir mənbələrindən birinə çevrilib.
Arı çörəyi, arıların çiçəklərdən topladığı polenləri öz fermentləri ilə fermentasiya etməsi nəticəsində əmələ gələn qiymətli bir qida olaraq önə çıxır. Bu prosesdə polenlər laktik turşu bakteriləri ilə zənginləşir, protein və vitamin baxımından olduqca dəyərli hala gəlir. Çətin və məhdud istehsal prosesi səbəbilə məhsulun kilo qiyməti min manatdan artıqdır.

Sağlamlıq faydaları ilə diqqət çəkir

Arı çörəyi, tərkibində 22-dən çox amin turşusu, dəmir, kalsium, maqnezium və vitaminlər ilə “təbii super qida” kimi tanınır. İmuniteti gücləndirən bu xüsusi xəzinə, həzm sistemini dəstəkləyərək bədənə lazım olan enerjini çox az miqdarda belə verə bilir. Qan azlığı problemlərinə qarşı müsbət təsiri, ürək-damar sağlamlığını dəstəkləməsi, oynaq və prostat problemlərinə faydası da bilinir. Arı çörəyinin faydaları siyahısı uzundur.

Ekspertlərdən diqqət çəkən xəbərdarlıq

Bir çay qaşığı arı çörəyinin təxminən 1 kilo ətə bərabər protein tərkibinə sahib olduğunu bildirən mütəxəssislər deyir ki, bu xüsusiyyət onu diyet edənlər, idmançılar və uşaqların inkişafı üçün çox önəmli edir.

Eyni zamanda, ekspertlər alerjik bədən tipli insanların bu kimi məhsullardan istifadə edərkən diqqətli olmasını tövsiyə edir. Təbii qidalanma trendlərinin sevimlisi halına gələn arı çörəyi həm Türkiyədə, həm də dünya bazarında getdikcə daha çox tələb görür.

Избранный
1
1
sherg.az

2Источники