RU

Azərbaycan bayrağının mənasını bilməyən insanlar ölkəmizi xarici ölkələrdə təmsil etməməlidir Video

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Zaman-zaman müxtəlif tədbirlərdə Azərbaycan bayrağının tərs asılması ilə bağlı faktlarla qarşılaşırıq. Bəzi insanlar bayrağın rənglərinin yerini düzgün bilmədiyi üçün bayrağı "başıaşağı" asırlar. Bu insanlardan bayrağın rənglərinin mənasını soruşsan, şübhəsiz ki, bilməyəcəklər. Yoxsa, özünü Azərbaycan vətəndaşı sayan bir insan bunu niyə etsin ki. Onsuz da, yadlar bilərəkdən və ya bilməyərəkdən edir...

Bayrağımızdakı mavi rəng türklüyü, qırmızı rəng sivilizasiyanı, yaşıl rəng İslam dinini təmsil edir. Bayrağımızın üzərində olan səkkizguşəli ulduz və aypara Türk tayfalarını, İslam inancını simvolizə edir.

Bayrağımız 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin bayrağına çevrilib.

Qeyd edək ki, bayrağımızın mərkəzindəki ağ aypara və səkkizguşəli ulduz həm İslam dinini, həm də Türk tayfalarını təmsil edir. Bu simvol həm də birlik və güc rəmzidir. Belə ki, ulduzun səkkiz nöqtəsi xalqın birliyini və həmrəyliyini simvolizə edən səkkiz Türk tayfasını təmsil edir. Həmin səkkizlik - Türk tayfası Azərbaycanlılar, Osmanlılar, Çağataylar, Tatarlar, Qazaxlar, Qıpçaqlar, Səlcuqlar və Türkmənlərdir.

Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Bu gün bayrağının rənglərini, mənasını bilməyən insanlar Azərbaycanı başqa ölkələrdə təmsil etməməlidir, Azərbaycan tarixindən danışmamalıdır.

Yeri gəlmişkən, bayrağın ilk rəngi mavi, ikinci qırmızı, üçüncü yaşıldır. Yaşıl altda olmalıdır. Bunu yaddaşınıza yazın: mavi birinci, yaşıl üçüncüdür…

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
bizimyol.info

1Источники