RU

ABŞ Ukraynaya qoşun göndərəcək?

ABŞ heç bir halda öz qoşunlarını  Ukraynadakı münaqişəyə yerləşdirməyəcək.

"Unikal" xəbər verir ki,  bunu  ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalında bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi NATO sərhədlərini işğal etməyə başlayıb.

"Ona görə də mən bir şeyi deyə bilərəm: Birləşmiş Ştatlar heç bir hərbi əməliyyata və ya başqa vəziyyətə müdaxilə etmək niyyətində deyil”, - deyə o bildirib.

Bessent əlavə edib ki, Amerika tərəfi silah satacaq, Avropa ölkələrinin nümayəndələri isə onları Ukraynaya təhvil verəcək.

Избранный
3
2
unikal.az

3Источники