RU

Balerina, aikidoçu, Pamukun sevgilisi... tənqidçilər “Buker”in qısa siyahısı barədə nə deyirlər?

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Nadir Yalçının “Buker”in qısa siyahısına düşən əsərlər və müəlliflər barədə mükafatın rəsmi saytına istinadən "Tənqidçilər “Buker”in qısa siyahısı barədə nə deyirlər?" adlı araşdırmasını təqdim edir.

“Buker”in qısa siyahısına hansı əsərlər daxil edilib?“Buker” mükafatının münsiflər heyəti altı əsərin yer aldığı qısa siyahını açıqlayıb. Münsiflər heyətinin sədri Roddi Doyl siyahıya düşən romanların müəlliflərini öz üslublarına və yazı ustalıqlarına görə fərqləndirib.Onun sözlərinə görə, seçilmiş bütün əsərlər insanın digər insanlarla münasibətlərində yaşadığı təcrübəni araşdırır: “Onların hamısı yüksək səviyyədə yazılıb və hamısı dərin insani məzmun daşıyır”.Doyl, Ayobami Adebayo, Sara Cessika Parker, Kris Pauer və Kiley Reyddən ibarət münsiflər heyəti bu ilki siyahını 1 oktyabr 2024 – 30 sentyabr 2025 tarixləri arasında Böyük Britaniya və İrlandiyada nəşr edilmiş 153 əsər arasından seçib.“Buker”in qısa siyahısına altı əsər salınıb. Siyahıya Kiran Desainin “The Loneliness of Sonia and Sunny”, David Szalayın "Flesh", Ben Markovitsin “The Rest of Our Lives”, Susan Choinin “Flashlight”, Katie Kitamuranın “Audition və Endryu Millerin The Land in Winter” əsərləri daxildir.Qalib əsərin adı noyabrın 10-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq. Qalib müəllifə 50 min funt sterlinq mükafat veriləcək.

“Buker”in qısa siyahısına daxil olan əsərlər nədən bəhs edir?“Booker Prize 2025” mükafatının qısa siyahısına seçilmiş altı roman oxucuları Macarıstandan Yaponiyaya, Venesiyadan Nyu-Yorka, Hindistandan İngiltərənin Qərb bölgəsinə qədər aparır. Əsərlərin qəhrəmanları doğma yurdlarından uzaqda yaşayan obrazlardır.Kiran Desainin "The Loneliness of Sonia and Sunny" əsəri illər ərzində yolları kəsişib ayrılan iki gənc hindlinin həyat hekayəsini və sonda birləşməsini əks etdirir. David Szalayın "Flesh" romanı isə Mərkəzi Avropadakı yaşayış massivindən Londondakı zənginlərin malikanələrinə qədər uzanan bir kişinin yoxsulluqdan var-dövlətə yüksəliş yolunu izləyir.Ben Markovitsin "The Rest of Our Lives" romanı Kaliforniyaya qədər uzanan avtomobil səyahətində ortabab həyat böhranını təsvir edir. Susan Çoinin "Flashlight" əsəri Yaponiyada koreyalı valideynlər tərəfindən böyüdülən, daha yaxşı həyat arzusuyla Amerikaya köçən bir kişinin taleyini və onun müəmmalı itkisindən sonra ailəsinin çəkdiyi ağrını canlandırır.Katie Kitamuranın "Audition" əsərində Nyu-Yorkda yaşayan uğurlu aktrisanın həyatı gənc bir kişinin qəfil gəlişi ilə alt-üst olur. Endryu Millerin "The Land in Winter" romanı isə müharibədən sonrakı İngiltərənin kənd mühitində sevginin iki evli cütlük üçün necə sönməsini göstərir.Bəzi romanlar cəmi bir neçə gün və ya həftə ərzində ( "The Rest of Our Lives", "The Land in Winter", "Audition" ), digərləri isə onilliklər boyu ("Flashlight", "Flesh") baş verən hadisələri təsvir edir. Əsərlərdə ailə münasibətləri, valideynlərlə övladlar arasındakı güc balansı, dağılan evliliklər, emosiyalarını ifadə etməkdə çətinlik çəkən kişilər, tarixin yükü altında əzilən ailələr və başqalarının gözləntiləri ilə mübarizə aparan fərdlər ön plana çıxır.Seçilmiş əsərlərin bir neçəsi immiqrant həyatının çətinliklərinə də toxunur ("Flashlight", "Flesh", "The Loneliness of Sonia and Sunny"), qəhrəmanları isə çox vaxt iki dünya arasında sıxışıb qalaraq uyğunlaşmaqda, tənha və təcrid olunmuş vəziyyətdə yaşamaqda çətinlik çəkirlər.

“Buker”in qısa siyahısındakı yazarlar kimlərdir? – qısa DOSYEMüəlliflər Hindistan (Kiran Desai), Böyük Britaniya (Endryu Miller), macar əsilli britaniyalı (David Szalay) və ABŞ-dandır (Susan Çoi, Katie Kitamura, Ben Markovits).Kiran Desai qalib gəlsə, Hindistan 2025-ci ildə “Buker” mükafatlarının hamısını qazanmış olacaq. Xatırladaq ki, bu il əvvəllər Banu Muştaq və tərcüməçi Deepa Bhasthi “Heart Lamp” adlı hekayə toplusuna görə Beynəlxalq “Buker” mükafatının qalibi olublar.Siyahıya düşənlər arasında üç nəfər – Susan Choi, Katie Kitamura və Ben Markovits ilk dəfə “Buker”ə namizəd göstərilib. Endryu Miller (2001-ci ildə "Oxygen" əsəri ilə) və David Szalay (2016-cı ildə "All That Man Is" əsəri ilə) ikinci dəfədir siyahıya daxil olublar. Siyahıda həm də əvvəlki qaliblərdən biri var – Kiran Desai. O, 2006-cı ildə "The Inheritance of Loss" əsərinə görə mükafata layiq görülüb. Əgər 2025-ci ildə yenidən qalib gəlsə, Desai iki dəfə “Buker” alan yazıçılar – Marqaret Atvud, Piter Keri, Kutzee və Hilari Mantel sırasına qoşulacaq. Qeyd edək ki, Kiran Desai “Nobel” mükafatı laureatı Orxan Pamukun sevgilisi olub.Bu il siyahıda debütant yoxdur. Altı müəllif birlikdə ümumilikdə 41 roman (və bir neçə uşaq kitabı) qələmə alıb. Ben Markovitsin "The Rest of Our Lives" əsəri onun 11-ci, Endryu Millerin "The Land in Winter" əsəri isə 10-cu romanıdır.

David Szalayın "Flesh" altıncı, Susan Çoinin "Flashlight" altıncı, Katie Kitamuranın "Audition" isə beşinci romanıdır.

Kiran Desainin "The Loneliness of Sonia and Sunny" əsəri isə onun üçüncü romanıdır və təxminən 20 ilə yazılıb. Əsər qısa siyahının ən qalın kitabıdır – təxminən 700 səhifə.Müəlliflərin yaradıcılıqdan kənar həyatı da diqqət çəkir. Katie Kitamura balet üzrə təhsil alıb və incəsənət tənqidçisidir. Endryu Miller mandolin çalır, xalq musiqisi qrupunda çıxış edir, həmçinin aikidoda qara kəmərə sahibdir.

Ben Markovits isə tələbəlikdən sonra Almaniyada peşəkar basketbolçu olub. Susan Çoi bir müddət New Yorker üçün fakt-yoxlayan işləyib, David Szalay isə BBC üçün radiopyeslər yazıb.

Tənqidçilər qısa siyahıdakı əsərlər barədə nə deyirlər?“Buker”in qısa siyahısına düşən romanlar beynəlxalq mətbuatda müsbət rəylər alıb. “Vaşinqton post” yazarı Ron Çarlz Susan Çoinin "Flashlight" əsərini “qüdrətli roman” adlandırıb və burada “geosiyasətin bir ailənin üzərinə çökən almaz kimi sərt” təsvir olunduğunu bildirib."Guardian" nəşrində Aleks Klark Kiran Desainin "The Loneliness of Sonia and Sunny" əsərini “son dərəcə əyləncəli və çoxqatlı” adlandırıb. Hindistanın Mint nəşrində Somak Qoşal kitabın “oxucudan ciddi diqqət tələb etdiyini, lakin bunun çətin olmadığını” yazıb.Katie Kitamuranın "Audition" əsəri barədə "TLS"də Ellen Vayls müəllifin minimalist üslubunu və psixoloji dərinliyini vurğulayıb. "Chicago Review of Books" yazarı Dez Dehais isə romandakı paralel hekayələrin yaratdığı gərginliyi “təsirli bədii uğur” kimi dəyərləndirib.Ben Markovitsin "The Rest of Our Lives" əsəri barədə "Telegraph"da Corc Kokreyn yazıb ki, müəllif “orta yaş böhranını hekayələndirməkdə bənzərsizdir”.

"Spectator"da Cud Kuk əsəri “Amerikanın aparıcı yazıçılarından birinin slam-dank səviyyəsində uğuru” adlandırıb.Endryu Millerin "The Land in Winter" əsəri haqqında "İndependent"də Martin Çilton onu “parlaq roman” adlandıraraq “sarsıdıcı sonluğa ustalıqla aparıldığını” qeyd edib.

"Times" yazarı Ceyms Volton isə əsərin “hər dövrün öz səhvləri və doğruları olduğunu xatırlatdığını” vurğulayıb.David Szalayın "Flesh" əsəri barədə "Sunday Times"da Yohanna Tomas-Korr müəllifin “sadə, lakin dərin üslubunu” önə çəkib.

"Financial Times" yazarı Lyuk Braun isə romanı “səmimi, aydın və sarsıdıcı bədii əsər” kimi dəyərləndirib.

Amerikalı aparıcı Trampdan üzr istəmədiyinə görə işdən çıxarıldı

Vüqar Biləcəri kimin üzünü "Quran"ın varağı"na bənzədirdi? - Məşhur meyxanaçı haqqında bilinməyənlər

Azərbaycanlı müğənni qəzaya düşdü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
kulis.az

1Источники