RU

Meyxana uşaqların tərbiyəsini pozur? - Samirədən qalmaqallı açıqlamaya reaksiya

Meyxanaçı Orxan Lökbatanlı ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu arasında qalmaqal yaşanıb.

Klarnet ifaçısı müsahibəsində meyxanaların uşaqların tərbiyəsini pozduğunu deyib: 

"Bəzi meyxanalar var ki, uşaqların tərbiyəsin korlayır. Həmin meyxanalara qulaq asmaq olmaz. Elə məclislər var ki, orada səslənən meyxana gənclərin və uşaqların tərbiyəsinə ziyandır. Bəzi məclislərdə səslənən meyxanalar... Onların qarşısına fakt da qoyaram, deyərəm baxın. Amma gənclərin düzgün formalaşmağına ziyan olan meyxanalar da var".

Onun bu fikirləri meyxanaçı Orxan Lökbatanlını özündən çıxarıb:

"Hüseynin toyu azalan kimi meyxanadan danışır. Tərbiyə evdən başlayır. Tərbiyəsi pozulmağa meyilli adam evdə də, çöldə də pozulacaq. Nə oldu hər şey qaldı kənara meyxana pozdu hamını? Bir-iki il əvvəl klarnet ifası ilə də tərbiyə pozulurdu".

Meyxanaçı-müğənni Samirə Yusifqızı məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Samirə Hüseyn Məhəmmədoğlunun fikirləri ilə razı olduğunu deyib. 

"Hüseynlə çoxdandır tanışıq. Balaca idi, mən onun rəhmətlik atasını tanıyırdım. Evlərinə gedib-gəlirdim. Gözəl sənətkar, klarnet ifaçısı idi. Bu onun şəxsi fikirdir. Onun fikirini hamıya aşılamaq olmaz. Özü də orada qeyd edir ki, müəyyən bir qisim, bütün meyxanalar demir. Mən də onunla razıyam. Elə meyxanalar var ki, məclislərdə deyilir, söyüş də olur. Meyxana bir az şıltaq, bir az söyüşlü formada deyiləndə daha şirin olur, camaata daha da ləzzət edir".

Meyxanaçı bildirib ki, bu gün təqdim olunan serialların, komediya verilşlərinin hər birində tərbiyyəsizlik var:

"Bu gün çəkilən serallarımız, efirdə gedən komediya verilşlərimiz tərbiyyəsizlik aşılamırmı uşaqlara? Orada söyüşdən istifadə olunmurmu, pis səhnələr göstərilmirmi? Göstərilir, pis sözlər də deyilir. Onda televizoru bağlayın və uşaqları baxmağa qoymayın. Elə deyil axı, əgər uşağın qanında, canında yoxdursa, neyləsən də korlanmayacaq. Hazırda məktəbliıərin əksəriyyəti əksəriyyəti repetitor yanına gedir. Onların sosial şəbəkəyə baxmağa vaxtı yoxdur. Mənə elə gəlir ki, hər kəs öz ailəsinə tərbiyyə versə, daha yaxşı olar".

Meyxanaçının fikirincə, eyni vaxtda hamının tərbiyyəsi ilə məşğul olmaq mümkün deyil:

"Elə bir dövrə gəlib çıxmışıq ki, hər "kəs papağını öz başında saxlamalıdır". Kiminsə "papağına" biz böyüklük edə bilmərik. Bu gün toylara balaca uşaqlar gəlir, baxırsan hamısı makyada, saçları rəngbərəng, gözləri zərli və s. Bu düzgündürmü? Bunun özü də pis tərbiyyədir. Onda niyə buna icazə verirlər? Toyda uşaqlar ərəb rəqsi oynayır, ataları da ona əl çalır. Bu düzgündür? Gəlin hər şeyi meyxanalara bağlamayaq. Zalda kişilər oturur, xanımları gedib məşhur müğənnilərin yanında dayanıb şəkil çəkdirir. Düzgündürmü?".

Milli.Az

Избранный
5
4
milli.az

5Источники