RU

Bağçalar üçün qrant müsabiqəsi elan edilib

Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir.Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, qrant müsabiqəsinin əsas məqsədi 2025-2026-cı tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.Müraciət üçün son tarix 10 oktyabr 2025-ci ildir.

Qeyd edilib ki, "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılması və məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olunması üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Избранный
4
21
metbuat.az

10Источники