RU

Azərbaycanda ilk dəfə olaraq "ABB Group" şirkətinin məhsulları istehsal ediləcək (FOTO)

Bakı. Trend:

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsindəİqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan AğdamSənaye Parkının rezidenti “Eel Electric” MMC ilə ABB Group(Türkiyə) arasında Modulyar Panel Sistemlərinin quraşdırılmasınadair Müqavilə imzalanıb. Müqaviləni “Eel Electric” MMC-nindirektoru Vüsal Mirzəyev və şirkətin ölkə meneceri Mahmud Rzayevimzalayıblar.

Birgə əməkdaşlıq çərçivəsində tərəflər “Eel Electric” MMC-ninAğdam Sənaye Parkında yerləşən müəssisəsində dünyanın ən tanınmışbrendlərindən hesab edilən ABB markalı orta və alçaq gərginliklielektrik yuvalarının istehsalını həyata keçirəcəklər. İstehsalprosesi “ABB Group” şirkətinin qabaqcıl texnologiyası əsasındatəşkil ediləcək.

140 ildən çox təcrübəyə malik “ABB Group” şirkəti dünyadaelektrikləşdirmə və avtomatlaşdırma sahəsində qlobal texnologiyalideridir. Şirkətin dünya üzrə 110 mindən artıq işçisi var.

Qeyd edək ki, “Eel Electric” MMC Ağdam Sənaye Parkının 1,7hektar ərazisində elektrik paylayıcı avadanlıqların, elektrikyuvalarının və beton yarımstansiyalarının istehsalı ilə məşğulolur.

Müəssisənin illik gücü 600 ədəd ortagərginlikli qurğu, 600 ədədaşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya vəelektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığınistehsalıdır.

Azərbaycanda
Azərbaycanda
Избранный
2
5
az.trend.az

6Источники