RU

Prezidentlə xanımı rəsmi qəbulda - FOTOLAR

Prezidentlə xanımı rəsmi qəbulda - FOTOLAR

Sentyabrın 23-də Nyu-Yorkda ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

AFN.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Rəsmi qəbulda çıxış edən ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan mövzusuna toxunaraq deyib: “Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il?”

Prezident İlham Əliyev isə cavabında bildirib: “Daha da çox, 30 ildən artıq.”

Bunun üzərinə Donald Tramp: “Siz möcüzə yaratdınız, cənab Prezident. Mən bir neçə dost qazandım. Çox gözəl oldu. Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə də görüşdük. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Məncə, biz yaxşı bir plan hazırlamışıq və bu tez həyata keçirilə bilər”, – deyə vurğulayıb.

Prezident İlham Əliyev əlavə edib ki, “Hər şey tamamilə bitib, avqustun 8-də buna son qoyuldu”.

Donald Tramp isə cavabında bildirib: “Mən sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız”.

Birinci xanım Melaniya Tramp da çıxış edərək, “Gələcəyi birlikdə qurmaq” təşəbbüsündən danışıb və bütün birinci xanımları gələn il Ağ Evdə birgə görüşə dəvət edib.

Избранный
8
afn.az

1Источники