RU

EIU: Azərbaycanda işsizlik səviyyəsi mərhələli şəkildə azalacaq

ain.az, Apa.az portalına istinadən məlumat verir.

"Azərbaycanda işsizlik səviyyəsi azalmaqda davam edəcək".

"APA-Economics" xəbər verir ki, bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in (EIU) proqnozunda bildirilib.

EIU qeyd edib ki, Azərbaycanda işsizlik səviyyəsi son illərdə sabit qalıb. 2025-ci ildən etibarən isə ölkədə işsizlik göstəricisi mərhələli şəkildə azalacaq. Belə ki, 2025-ci ildə işsizlik 5,3 faiz, 2026-cı ildə 5,2 faiz, 2027-ci ildə 4,8 faiz, 2028-ci ildə 4,5 faiz, 2029-cu ildə isə 4,4 faiz səviyyəsində gözlənilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda işsizlik səviyyəsi 2022-ci ildə 5,6 faiz, 2023 və 2024-cü illərdə isə 5,5 faiz təşkil edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
3
apa.az

4Источники