RU

Ruben Vardanyanın tərəfdarı olan icma başçısının qətlinin ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Ermənistanda Parakar icmasının rəhbəri Volodya Qriqoryan qətlə yetirilib. 

İnterpress.az xəbər verir ki, hadisə gecə saatlarında onun evinin yaxınlığında baş verib.

Məlumata görə, qatil atəş açdıqdan sonra Qriqoryanı yoxlayıb və ölümü telefona qeydə alaraq şəkil çəkib.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Qətl nəticəsində Qriqoryanla yanaşı, onun dostu – kriminal polis əməkdaşı da həlak olub, daha bir nəfər isə yaralanıb.

Baş nazir Nikol Paşinyan hadisəni pisləyib və Daxili İşlər Nazirliyini cinayəti tez bir zamanda açmağa çağırıb.

Qeyd edək ki, Qriqoryan bu ilin martında Parakar icmasının rəhbəri seçilmişdi və Paşinyanın partiyasının namizədini məğlub etmişdi.

O, hazırda Azərbaycanda həbsdə olan sabiq “DQR” dövlət naziri Ruben Vardanyanın sədri olduğu “Aprelu Erkır” partiyasını təmsil edirdi.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
14
interpress.az

1Источники