RU

Laçında Ekoloji məsələlər üzrə İşçi qrupunun iclası keçirilib

Laçın şəhərində Ekoloji məsələlər üzrə İşçi qrupunun iclası keçirilib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edib.

İşçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, yer təkindən istifadənin tənzimlənməsində qarşıya çıxan çətinliklər və onların həlli yolları, bu ərazilərdə təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər barədə məlumat veriblər.

Bu sahədə idarəetmənin təkmilləşdirilməsi haqqında, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biomüxtəlifliyin qorunması məqsədilə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və mövcud qorunan ərazilərin fəaliyyətinin bərpası istiqamətində görülən işlər iclas iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilib.

Избранный
7
5
ucnoqta.az

10Источники