RU

İki səhmdar cəmiyyətinin səhm paketi və 25 nəqliyyat vasitəsi özəlləşdirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən keçirilən növbəti hərracda Cəlilabad rayonunda yerləşən"Cəlilabad Şərab" və paytaxtda olan “Moda” açıq səhmdarcəmiyyətlərinin səhm paketləri satılıb.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Hərraca çıxarılan əmlaklara 74 sifariş olub. Start qiyməti 4.900manat olan “Volkswagen Phaeton” markalı avtomobil 8.700 manata,1.800 manat olan “UAZ” markalı avtomobil isə 3.718 manatasatılıb.

Hərraclarda səhm paketləri satılan səhmdar cəmiyyətlərinin vənəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri DövlətXidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və“www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

Избранный
4
6
az.trend.az

10Источники