RU

QHT xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili Azərbaycan məktəbi” layihəsi üzrə onlayn dərslərə start verib

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

 Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə onlayn dərslərə start verib.

"Cebheinfo.az" xəbər verir ki, layihənin əsas məqsədi soydaşlarımızın ana dilini öyrənməsi, Azərbaycan mədəniyyətinə və adət-ənənələrinə daha sıx bağlı olmalarına dəstək göstərməkdir.

Onlayn dərslər çərçivəsində şagirdlər:

Azərbaycan dilində oxuma və yazma bacarıqlarına yiyələnirlər;

Rəngarəng interaktiv məşğələlərdə iştirak edirlər;

Milli dəyərlərimizi yaxından öyrənirlər.

Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
5
cebheinfo.az

6Источники