RU

Adnan Əhmədzadə ilə bağlı qərar QÜVVƏDƏ QALDI

Yazını böyüt
Yazını kiçilt

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə kimi cinayət əməllərində ittiham olunan iş adamı Adnan Əhmədzadə həbs qərarından apellyasiya şikayəti verməyib.

Hafta.az xəbər verir ki, onun bu hüququndan istifadə etmə müddəti artıq bitib. Qanunvericiliyə əsasən, məhkəmənin həbs qətimkan tədbiri seçilməsi barədə qərarından 3 gün ərzində apellyasiya şikayəti vermək mümkündür. Lakin Adnan Əhmədzadə artıq dörd gündür həbs edilib. Bu müddət ərzində nə özü, nə də vəkili yuxarı instansiya məhkəməsinə müraciət edib.

Onun vəkili Şaiq Mirzəyev də açıqlamasında məlumatı təsdiq edib:

"Hazırkı mərhələdə apellyasiya şikayəti verməyi zəruri hesab etmədik. İlk 4 ayda aktiv istintaq hərəkətləri aparılır. Bu səbəbdən hələ gözləmək qərarına gəldik. Gələcəkdə məsləhətləşmə əsasında, səhhəti və digər amilləri nəzərə alaraq məhkəməyə müraciət edə bilərik".

Qeyd edək ki, Adnan Əhmədzadə barəsində 20.09.2025-ci il tarixində Səbail Rayon Məhkəməsinin qərarı ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Избранный
33
32
hafta.az

10Источники