RU

Bakıda 2-ci AZHAB Forumu keçiriləcək (VİDEO)

Bakı. Trend:

Oktyabrın 7-8-də Bakı şəhəri daha bir mötəbər tədbirə -Azərbaycan Halal Biznes (AZHAB) Forumuna ev sahibliyi edəcək. Bu ilikincisi keçiriləcək forum Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) təşkilatçılığı ilə “Sürətlə dəyişən dünyada halal sənayedayanıqlılığın mənbəyi kimi” mövzusuna həsr olunacaq.

Trend xəbərverir ki, iki gün davam edəcək forumun məqsədi investisiya vəticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir vətəcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrincəlb edilməsini təşviq etməkdir. Forumda yerli və xarici ölkələrdənolan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər,akademik dairələr, sahibkarlar və beynəlxalq təşkilatlarınnümayəndələri bir araya gələcək.

“AZHAB Forumu 2025” konfrans və sərgi olmaqla iki hissədənibarət olacaq. Konfrans çərçivəsində halal sənayenin ənənəvisahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesinidarəolunması, yaşıl keçid, biznesdə qadınların rolu və digər yeniistiqamətlər müzakirə ediləcək. Həmçinin, forumun ilk iclası İslamƏməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərənqurumların əməkdaşlığının gücləndirilməsinə xidmət edən “İƏT-inKOB-lar Şəbəkəsinin” (OIC-SMENET) rəsmi təsis mərasiminə həsrolunacaq.

Forumun sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdənolan şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər nümayişolunacaq. Ötən ilki forum çərçivəsində təşkil olunmuş sərgidə 30-ayaxın yerli və xarici şirkət məhsul və xidmətlərini təqdim edib. Builki sərginin isə daha geniş miqyasda və daha çox ölkənin iştirakıilə keçirilməsi nəzərdə tutulur. Hazırda sərgidə iştirakla bağlıyerli və xarici şirkətlərin qeydiyyatı davam edir. Sərgi yerli vəxarici şirkətlərə məhsul və xidmətlərini geniş auditoriyayatanıtmaq, yeni əməkdaşlıqlar qurmaq, müvafiq sektor üzrətərəfdaşların tapılması, potensial müştərilərlə birbaşa əlaqəyaratmaq, ixrac imkanlarını genişləndirmək, təcrübə və texnologiyamübadiləsi, halal sənaye üzrə yeniliklər, trendlər və standartlarlatanış olmaq imkanı verəcəkdir.

“AZHAB Forum 2025” çərçivəsində İslam Ticarət Palatası HalalXidmətləri tərəfindən “Halal düşün: Hər bir biznesin bilməli olduğuməsələlər” mövzusunda iki günlük seminar da təşkil olunacaq.Seminarda müxtəlif sahələrdə fəaliyyət göstərən biznesnümayəndələrinə halal biznes modeli, bu sahədə mövcud standartlarvə məhsulların beynəlxalq bazarlara çıxışı ilə bağlı məlumatveriləcək, Ekspert Guşəsində isə iştirakçılara halalsertifikatlaşdırma üzrə fərdi məsləhət xidməti göstəriləcək.

Builki forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələriüzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi(SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu(SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian EventOrganisers” MMC-nin tərəfdaşlığı, “ATENA” MMC-nin sponsorluğu iləkeçiriləcək.

Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrındakeçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika dadaxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxınolmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslamƏməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindənmüvafiq qətnamə ilə dəstəklənib.

AZHAB Forumu ilə bağlı ətraflı məlumat üçün: https://azhabforum.az/

Избранный
2
17
az.trend.az

10Источники