RU

Fərid Qayıbov: Fiqurlu konkisürmə üzrə turnirin Bakıda keçirilməsi növbəti uğurumuzdur

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Fiqurlu konkisürmə üzrə Qran-pri turnirinin Azərbaycanda keçirilməsi idmanımızın növbəti uğurudur".

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, yeniyetmələr arasında təşkil olunan bu mötəbər yarış Azərbaycanın idman nüfuzunun artmasının göstəricisidir: “Bu turnir ölkə idmanı üçün mühüm nailiyyətdir. Ötən həftə “Formula-1” üzrə Azərbaycan Qran-prisi uğurla keçirildi. Qarşıda isə bizi III MDB Oyunları gözləyir. Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı daim hiss olunur. Əminik ki, gələcəkdə də belə tədbirlər tez-tez təşkil ediləcək”.

Qeyd edək ki, fiqurlu konkisürmə üzrə Qran-pri yarışına bu gün start verilib və sentyabrın 26-da yekunlaşacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
icma.az

2Источники