RU

Nadir Qafarzadə: “Qızlarınızı TikTok dan uzaq tutun!” VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni Nadir Qafarzadə qalmaqallı  açıqlamalar verib.Bizim.Media xəbər verir ki, Nadir “Şou MTV”yə danışarkən TikTok-la bağlı fikirlər səsləndirib.Qafarzadə söyləyib ki, uşaqlara analar nəzarət etməlidir:

 

“Baxırsan, bugünkü gəncliyimiz “TikTok”larda itib-batır. Hoqqa verirlər, olmaz. Ən çox da günahkar kimdir? Analar. Biz kişilər səhər papağımızı başımıza qoyuruq, o da varsa, qoyuruq, gedirik pul qazanmağa. Evdə uşaqla anası qalır. Əziz gənc analar, sizdən rica edirəm, gəncliyimizi qoruyun.

Qızlarınızı TikTok-dan, “İnstagram”dan uzaq tutun. Vaxtı gələndə həmin sosial şəbəkələrə daxil olacaqlar, amma indi yox. Məsələn, qızlara  oğlan kimi rəqs etdirirlər. Olmaz. Qoyun, qızlarımız xanım kimi böyüsünlər”.

Sara, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
3
bizim.media

10Источники