RU

Ukrayna hərbçiləri musiqi vasitəsilə Rusiya qoşunlarına psixoloji təzyiq göstərir

Rusiya ordusunun Zaporojye istiqamətindəki əsgərləri Ukrayna hərbçilərinin qeyri-adi psixoloji təzyiq forması ilə qarşılaşıblar.

Herbiand.az bildirir ki, bu barədə jurnalist və teleaparıcı Ruslan Ostaşko özünün Telegram kanalında məlumat verib.

O, deyib ki, Ukrayna Silahlı Qüvvələri səsgücləndirici bərkidilmiş dronlardan istifadə edir: “Onun vasitəsilə Ukrayna mahnıları səsləndirilir və təslim olmaq çağırışları yayılır. Bu cür üsullar rus qoşunlarında ciddi təəssürat yaratmır və kifayət qədər istehza ilə qarşılanır”.

“Belə “konsertlər” cəbhə xəttində yerləşən Malıye Şerbaki kəndində mütəmadi olaraq baş verir”, - jurnalist “Uvar” ləqəbli 392-ci alayın döyüşçüsünə istinadən deyib.

Ostaşko zarafatla qeyd edib ki, belə yanaşma ilə Ukrayna Silahlı Qüvvələri sadəcə olaraq gülləkeçirməz jiletlərini ənənəvi kosovorotkalarla (rus köynəkləri – red.), radiolarını isə ənənəvi çolkalarla (saç düzümü – red.) əvəz etməli olacaqlar.

Bəxtiyar CƏFƏRLİ

Избранный
4
herbiand.az

1Источники