RU

Şahmat ulduzları MDB oyunlarına dəstək olacaq

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarına dəstək məqsədi ilə yarış keçiriləcək. SİA xəbər verir ki, sentyabrın 25-də Gəncədəki Heydər Əliyev parkında Nizami yurdunun şahmat ulduzları yoldaşlıq matçı və seansda iştirak edəcək. “Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçında şəxsi Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, Azərbaycan yığmasının heyətində üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu (2012-ci il) Vüqar Rəsulov çıxış edəcək.

“Gəncənin şahmat ulduzları” adlanan yoldaşlıq matçında şahmatçılar duet şəklində mübarizə aparacaq. Hər komandada iki nəfət təmsil olunacaq. Yoldaşlıq matçında sonra isə şahmat ulduzları Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
10
sia.az

10Источники