RU

Kremldən Trampa SƏRT REAKSİYA - Ukraynaya hücum davam edəcək

ABŞ prezidenti Donald Trampın Rusiyanı kağız pələnglə müqayisə etməsinə Kreml sərt cavab verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu bənzətməni rədd edib və prezident Vladimir Putinin Ukrayna münaqişəsinin həlli üzrə səylərini qiymətləndirdiyini bildirib.

"Rusiya pələng deyil, ayıdır və kağız ayı deyilən bir şey yoxdur", - Peskov bildirib. Ayı Rusiyanın simvolu kimi tanınır.

Sözçü qeyd edib ki, ABŞ-ın son aylarda iki güc arasında münasibətləri bərpa etmək cəhdlərinə baxmayaraq, Rusiya-ABŞ yaxınlaşması “sıfıra yaxın” nəticə verib.

Rusiyanın 2022-ci ildə Ukraynaya başlatdığı hücumu davam etdirməkdən başqa “alternativi” olmadığını deyən Peskov RBC radiosuna “Rusiya prezidenti Vladimir Putinin qarşıya qoyduğu hədəflərə çatmaq və maraqlarımızı qorumaq üçün xüsusi hərbi əməliyyatımızı davam etdiririk” deyib.

Избранный
14
manset.az

1Источники