RU

“WorldSkills Şanxay 2026” kibertəhlükəsizlik yarışının milli komanda seçimləri başladı – Azərbaycanı təmsil et!

Bakı. Trend:

22–27 sentyabr 2026-cı il tarixində Çin Xalq RespublikasınınŞanxay şəhərində keçiriləcək kibertəhlükəsizlik üzrə “WorldSkillsŞanxay 2026” beynəlxalq yarışının seçim mərhələsinə start verilib.89 ölkədən 1000-dən çox iştirakçı və ekspertin bir araya gələcəyibeynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək mütəxəssislərinhazırlanması məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi(İRİA) ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığıçərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi hazırlıqprosesinə start verib.

Azərbaycanın beynəlxalq arenada uğurla təmsil olunması məqsədiləWorldSkills Azərbaycan çərçivəsində kibertəhlükəsizlik üzrə bütüntədbrilər İRİA-nın nəzdində fəaliyyət göstərən AzərbaycanKibertəhlükəsizlik Mərkəzində həyata keçiriləcəkdir. Bu istiqamətdəfəaliyyətlər qeydiyyat, seçim və yarışmaya hazırlıq prosesini əhatəedəcəkdir.

Yarış günlərinə qədər 25 yaşı tamam olmayan, “intermediate”səviyyəsində texniki ingilis dili biliklərinə malik,kibertəhlükəsizlik sahəsində təhsil alan və ya bu sahədə fəaliyyətgöstərən gənc mütəxəssislər müsabiqədə iştirak etmək üçün müraciətedə bilərlər.

Qeydiyyatdan keçən namizədlər üçün Birinci tur (First RoundCTF), yarımfinal (Semi-Final CTF), və final (Final CTF) olmaqla 3mərhələli CTF (Capture The Flag) yarışı keçiriləcək. Hər mərhələfərqli tarixlərdə baş tutacaq. Finala yüksələn 5 komanda (hərkomanda üzrə 2 nəfər olmaqla) intensiv hazırlıq mərhələsinə dəvətolunacaq və sözügedən sahənin aparıcı mütəxəssisləri tərəfindənxüsusi təlimlər alacaqlar.

Qeyd edək ki, sözügedən tədbir yerli təhsil, iqtisadiyyat,turizm və beynəlxalq əlaqələrin inkişafı baxımından dəyərliimkanlar yaradacaq, həmçinin mədəniyyətlərarası mübadilənintəşviqinə töhfə verəcək. İştirakçılar müxtəlif texniki və peşəsahələri üzrə bacarıqlarını nümayiş etdirərək texniki bilikmübadiləsinə dəstək göstərəcəklər.

Son qeydiyyat tarixi: 24 oktyabr 2025-ci il

Qeydiyyat üçün link: https://bit.ly/WorldSkills-Azerbaijan-Competition

Избранный
16
5
az.trend.az

6Источники