RU

Nəsimi festivalı şairin doğma diyarı Şamaxıda davam edir Fotolar

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının ikinci günü dahi şairin doğma vətəni Şamaxıda davam edir.

“Qafqazinfo” xəbər verir ki, ilk dəfə olaraq Nəsimi Bağları Kompleksində keçirilən festival tanınmış və sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı ilə İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramla başlayıb.

Xalq artisti Munis Şərifovun bədii rəhbəri olduğu Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə xanəndələr Alim Qasımov, Fərqanə Qasımovanın, həmçinin İlkin Dövlətov, Hüseyn Məlikovun ifaları səslənib, qiraətçilər Mehriban Zəki, Xalidə Quliyeva, Xəzər Süleymanlı, Qasım Nağı, Əliağa Tapdıqov, Firuzə İsmayıl, Lalə Süleymanlının təqdimatında şeirlər oxunub.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı Şərqin dahi şair və mütəfəkkirlərindən biri olmuş İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilərək şeir və incəsənətin yaşadılması məqsədi daşıyır. Böyük şairin şeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar bu gün də öz məna qüvvəsi ilə aktuallığını qoruyub saxlayır.

Fesitval axşam saatlarında bədii proqram və “Nəsimi dastanı” baletinin yeni quruluşda təqdimatı ilə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
10
qafqazinfo.az

10Источники