RU

Rusiyada taciklərin toyuna BASQIN: 210 nəfər SAXLANILDI

Rusiyanın Krasnoyarsk diyarında çevik polis qüvvələri Yemelyanovski rayonunun Solontsı kəndində keçirilən toy mərasiminə basqın edib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Mərasimdə təxminən 650 nəfərin iştirak etdiyi bildirilir.

Araşdırma zamanı 210 Orta Asiya vətəndaşı saxlanılıb, onlardan 26 nəfərin Rusiyada qanunsuz yaşadığı müəyyən olunub və deportasiya edilib.

Bundan əlavə, xarici vətəndaşların saxta qeydiyyata alınması faktı ilə bağlı 3 cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
1
olaylar.az

2Источники