RU

Bu ərazidə evlər sökülür

Bakıda daha bir ərazidə fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı hazırlıq işlərinə start verilib.Metbuat.az xəbər verir ki, bu dəfə söküntü Nərimanov rayonunun PY UA 38/10 ünvanında - Dərnəgül bazarının arxasında yerləşən fərdi yaşayış evlərini əhatə edəcək. Küçə boyunca evlərdə ölçü götürülüb, hətta divarlara işarələr də qoyulub. Əraziyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının gəldiyi bildirilir. Hazırda layihə ilə bağlı rəsmi açıqlama verilməsə də, sakinlər arasında evlərin yaxın vaxtlarda söküləcəyi barədə məlumat dolaşır.

Qeyd edək ki, paytaxtda qəzalı və istismar müddəti bitmiş evlərin söküntüsü təhlükəsizliyin təmin olunması və müasir şəhərsalma tələblərinin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Избранный
22
22
metbuat.az

10Источники