Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyan Premyer Liqaya yollana bilər.
İdmanxeber.az xəbər verir ki, 30 yaşlı qolkiperlə “Mançester Yunayted” və “Çelsi” maraqlanır. London klubu yayda onun transferini reallaşdıra bilməyib.
Menyanın “Milan”la müqaviləsi 2026-cı ilə qədərdir, dəyəri isə 25 milyon avro göstərilir.