RU

Naxçıvanda bu dövlət idarəsinin inzibati binası əsaslı TƏMİR OLUNACAQ

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Sukanal İdarəsinin inzibati binasında əsaslı təmir işləri aparılacaq.

BAKU.WS-in məlumatına görə, bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən tender elan olunub.

Layihənin ümumi dəyəri 160 min 740 manat təşkil edir.

Tender çərçivəsində binada mikrobioloji analizlərin aparılması üçün xüsusi otaq qurulacaq. Otaq elektrik, qaz, kanalizasiya və su xətləri ilə təmin ediləcək, həmçinin mikrobioloji boksların quraşdırılması nəzərdə tutulub.

Layihənin icrası nəticəsində idarənin laborator imkanları genişlənəcək və xidmət keyfiyyətinin yaxşılaşmasına şərait yaranacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
1
baku.ws

2Источники