RU

“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Azərbaycanın ərsəyə gətirdiyi nəqliyyat-logistik infrastrukturu ilə Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz qlobal ticari-iqtisadi əməkdaşlığın əsas arteriyalarından birinə çevrilir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Zəngəzur dəhlizinin əhəmiyyəti haqda danışarkən deyib.

O bildirib ki, son üç ildə Orta Dəhlizin Azərbaycan seqmentində daşımaların həcmi 90% artıb:

"2030-cu ilə qədər bu göstəricinin 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir. Avropa ilə Çin arasında ticarət dövriyyəsinin 700 milyard dollardan çox olduğunu və bu dəhlizin keçdiyi coğrafiyanın Asiyadan Avropaya qədər uzandığını diqqətə alsaq, Orta Dəhlizin gələcək perspektivlərinin nə qədər böyük olduğunu görərik”.

Deputat söyləyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində vaxtında atılan addımlar və bu gün də davam etdirilən layihələr Azərbaycanı Orta Dəhlizin vacib aktoruna çevirib:

"Belə ki, Orta Dəhliz marşrutu üzrə ölkəmizin yaratdığı infrastruktura investisiyaların yatırılması davam etdirilir. Bu baxımdan Bakı Beynəlxalq Ticarət Limanının yük aşırma gücünün 15 milyon tondan 25 milyon tona, BTQ dəmir yolunun Gürcüstan ərazisindən keçən hissəsinin isə yükötürmə gücünün 1 milyon tondan 5 milyon tona artırılması bu marşrut vasitəsilə daşımaların xeyli artmasına səbəb olub”.

A.Badamov qeyd edib ki, Orta Dəhlizin ayrılmaz tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılması isə layihəyə yeni güc və imkanlar qazandıracaq:

"Zəngəzur dəhlizinin açılmasının ilkin mərhələsində 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur. Həmçinin Zəngəzur dəhlizi yalnız yükdaşımaları üçün deyil, enerji daşıyıcılarının və fiber-optik kabel vasitəsilə rəqəmsal xidmətlərin ötürülməsi üçün də istifadə olunacaq. Bu baxımdan Zəngəzur dəhlizinin açılması geniş bir coğrafiyada bir çox sahələr üzrə yeni bağlantılar yaratmaq imkanı verəcək”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
azxeber.com

1Источники